• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA və “ABAD” işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verdi

AQTA və “ABAD” işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verdi
09.12.2020 12:58
AQTA və "ABAD” publik hüquqi şəxs işğaldan azad olunmuş ərazilərdə yeni layihəyə start verib.

Anews.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasından ibarətdir.

İnşa ediləcək yeni heyvan kəsimi məntəqələrində zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazilərdə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin qısa zamanda təşkil olunması da təmin ediləcək.

Həmin ərazilərdə yeni heyvan kəsimi məntəqələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) vəsaiti hesabına yaradılacaqdır. Layihə çərçivəsində mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, "ABAD” publik hüquqi şəxs layihə iştirakçılarının seçimində iştirak edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə "ABAD”çılar yetiştirəcək və onlara "ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcək.

İlkin olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin qurulması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilmiş, heyvan kəsimi məntəqəsinin tikiləcəyi ərazi müəyyənləşdirilmişdir. Yeni heyvan kəsimi məntəqələrində AQTİ tərəfindən laboratoriyalar qurulacaq, kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti təmin olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol