Türkiyənin Cümhuriyyət Universitetindən şəhid övladlarına DƏSTƏK

Türkiyənin Sivas Cümhuriyyət Universiteti 50 şəhid övladına təmənnasız təhsil verməyə hazırdır.
Anews.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat məlumat verib.
H. Büyükfırat kampaniya çərçivəsində təhsillə bağlı layihənin də yer aldığını qeyd edib: "Türkiyədəki universitetlərə Qarabağdakı şəhidlərimizin övladları və bacı-qardaşlarını oxutmaqla əlaqədar müraciətimizi oldu. Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız da səsimizə səs verdi”.
O, cari təhsil ilində şəhid ailəsindən olan 50 nəfərin Sivas Cümhuriyyət Universitetində təhsil ala biləcəyini deyib: "Bura həm tələbələrin təhsili, həm də onların yataqxana ilə təmin edilməsi daxildir. Eyni zamanda Sivas valisi də həmin tələbələrin təqaüdlə təmin ediləcəyinə söz verib. Bu övladlarımız orada oxuduqları müddət ərzində Sivas eli onlara sahib çıxacaq. Biz də TÜİB olaraq bu dönəmdə üzərimizə düşən borcu yerinə yetirməyə çalışırıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























