Pandemiya dövründə video oyunlar nə dərəcədə təhlükəlidir?

Koronavirus pandemiyası dövründə video oyunlara olan həvəs psixoloji stressə və funksional pozğunluqların inkişafına səbəb ola bilər.
Anews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün psixoaktiv maddələr və addiktiv davranış sahəsində mütəxəssisi Vladimir Poznyak bəyan edib.
Mütəxəssis, milyonlarla insanın asudə vaxtını keçirmək üçün video oyunlar oynadığını bildirib. O, onlayn və oflayn fəaliyyət arasında tarazlığı qorumağın vacib olduğunu qeyd edib.
"COVID-19 pandemiyası kimi çətin anlarda - insanların evdə qaldığı və normal gündəlik rejimin əhəmiyyətli dərəcədə pozulduğu zaman, həddindən artıq video oyun kimi zərərli davranışlara qapılmaq asandır”, - deyə o vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























