Qanada iğtişaşda 5 nəfər həyatını itirib

Afrika ölkəsi Qanada prezident seçkilərindən sonra başlayan iğtişaşlarda 5 nəfər həyatını itirib.
Anews.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə polisi məlumatı təsdiqləyib. Həmçinin onlarla yaralının olduğu bildirilib. İğtişaşlar davam etməkdədir.
Qeyd edək ki, 7 dekabrda Qanada keçirilmiş prezident seçkilərində 12 namizəddən biri olan Nana Addo Dankva 51,59 faiz səs çoxluğu ilə dövlət başçısı seçilib. Etirazçılar seçkilərin saxtalaşdırıldığı iddiası ilə küçələrə axışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























