İlham Əliyev Avropa Komissiyasının sədrini qəbul etdi

Görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb
İyunun 14-də prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.
APA-nın məlumatına görə, dövlət başçısı Avropa Komissiyasının sədrini qarşılayıb.
Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər.
Sonra onlar arasında təkbətək görüş olub.
Görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib.
Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























