• $
  • €
  • ₽
  • ₺
  • £

“Dini cərəyanlara qoşulanlar tövbə etdilər” - Axund

“Dini cərəyanlara qoşulanlar tövbə etdilər” - Axund
14.06.2014 11:02
“Azərbaycanda radikal dini cəryanlara yeri yoxdur” İçər şəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin AzNews.az-a müsahibəsi: 
- Bəzi dindarlar dövlətin dini mühitdə gedən proseslərə qarışmasını düzgün hesab etmir. Onların bu mövqeyini necə qəbul edirsiniz? 
-Əvvəlcə onu deyim ki, Azərbaycanda hər zaman süni və şiə məzhəbini qəbul edən soydaşlarımız olub. Bunların bir-birinə müsbəti qardaşlıq üzərində qurulub. Lakin Azərbaycanda radikal dini cərəyanlara yeri yoxdur. Əgər bir din insanı öldürməyə təşviq edirsə o din deyil. Bu cür mənfi addımlar da müəyyən missiyalar üzərində qurulan qüvvələr tərəfindən həyata keçirilir. Onlar bununla İslamı gözdən salmaq istəyirlər. Əslində isə İslam dini mütərəqqi, ictimai və humanistlik dinidir. O ki, qaldı ölkədəki dini mühitə, mövcud vəziyyət müsbət mənada yüksək səviyyədədir. Azərbaycan dini tolerantlığına görə dünya ölkələri içərisində örnək ola bilər. Bu məsələlər isə təbii ki, dövlətin nəzarətindədir. 
- Məlumdur ki, bu gün Suriyada və ətraf bölgədə radikal dini cərəyanlar tərəfindən hərbi əməliyyatlar həyata keçirilir. Ölkəmizdən də bu əməliyyatlarda iştirak edənlər var. Onları bu yoldan döndərmək üçün müxtəlif çağırışlar oldu. Bu çağırışların hansısa müsbət nəticəsi varmı? 
-Bu çağırışa mən də qoşuldum. Məndə olan məlumata görə, radikal dini cərəyanlara qoşulan bəzi gənclərimiz tövbə etdilər. Hətta bəzisi təmiz inanclı insanların yanında oturdular. İnanın ki, bu gün Suriyaya gedənlərin 90 faizi geriyə dönür və ya dönməkdədir. Yəni bu prosesdə bir dönüş var. 
-Nurçularla bağlı hazırki vəziyyəti necə qiymətləndirirsiniz? 
-Bildiyim odur ki, artıq bəziləri nurçu olduğunu gizlədir. “Mən nurçu deyiləm” deməklə əsl həqiqəti söyləməkdən çəkinirlər. Amma bu gün də müvafiq qurumlar lazımı tədbirlərini davam etdirir. Hesab edirəm ki, dini sektalara, məzhəb və əqidələrə bölmək olmaz. Din olduğu kimi qalmalıdır. Peyğəmbərin bizlərə əmanət qoyduğu həqiqi İslamı insanlara təşviq etmək gərəkdir. 
- Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr Elşad İskəndərov nurçuluqda ittiham olunaraq, vəzifəsindən azad olundu. Ümumiyyətlə bu qurumdan gözləntiləriniz necədir? 
- Bu gün Dini Komitəyə rəhbər təyin olunursa, şübhəsiz ki, artıq addımlarını düz atmalı və dövlətin qanunlarından kənara çıxmamalıdır. Azərbaycan dövləti bizim üçün əsas mərkəzdir və bu bir mayaka bənzəyir. Elə hesab edirəm ki, hər hansı bir məmur, din xadimi və yaxud da hər hansısa bir insanın ölkə qanunvericiliyini pozması yolverilməzdir. Ümid edirəm ki, hər hansısa bir şəxs Komitəyə rəhbər təyin olunarsa ağıllı, müdrik və tədbirli olmalıdır. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol