• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO

Şəhid olmadan əvvəl ailəsinə bu məktubu yazıb... - FOTO
11.12.2020 10:42
"Canım atam, anam, bacım...


21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada. Əgər şəhid olsam, haqqınızı halal edin. Heç vaxt pis olmayın, başınızı dik tutun. İnşallah, cənnətdə görüşərik”.


Bu sözlər Lənkəran rayonunun Balıqçılar qəsəbəsindən olan 24 yaşlı şəhid Kamran Vəlizadənin ailəsinə yazdığı son məktubundandır.  


Şəhidin dostu Səmral Əşrəfzadənin "Qafqazinfo”ya bildirdiyinə görə, o, Qubadlı uğrunda döyüşlərdə oktyabrın 23-də şəhid olub: "Ailəsi ilə sonuncu dəfə  oktyabrın 20-də telefonla danışıb. Bir müddətdən sonra telefonla əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri narahat olduğuna görə, onu tanışlar, döyüş yoldaşları vasitəsilə axtarmağa başlayıblar. Yalnız noyabrın 10-da Kamranın cansız bədəni əmisi tərəfindən tanınaraq tapılıb.


Həmişə öz ehtiyatı ilə seçilən Kamran ölüm anında da özünə sadiq olub. Ömrünün son anlarında ailəsinə məktub yazıb. Məktubda anasına, atasına müraciət edib. Yazdığından belə məlum olur ki, o, oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlərin birində ayağından  yaralanıb. Döyüş yoldaşlarının çoxu şəhid olub. Özü isə iki gün yaralı qalıb. Çoxlu qan itirən Kamran şəhid olub”.


Dostu qeyd edib ki, Kamran Vəlizadə hərbi xidmətdə olarkən də nümunəvi əsgər olub. Xidmət etdiyi dövrdə qüsursuz xidmətə görə 9 fərqlənmə diplomu alıb. Hərbi xidmətdə atıcı ixtisasına yiyələnib. Müharibənin ilk günlərindən ordu sıralarına qatılıb. 


Kamran Vəlizadə ADSNU-nun Energetika fakültəsini bitirib. Azərenerji ASC-də imtahandan uğurla keçərək Bakı İstilik Elektrik Mərkəzində işə düzəlib. Lakin bu işdə cəmi iki həftə işləyə bilib, müharibə başladığından ön cəbhəyə yollanıb. 


Şəhid qəhrəman doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb. 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol