Gəncədə həmyaşıdını bıçaqlayan yeniyetmə tutulub

Gəncədə bıçaqlanma hadisəsi olub.
Anews.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Murad Şərifov həmyaşıdı Emin Həsənlini aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində cinayəti törədən 16 yaşlı Murad Şərifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























