• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Telekom” Vətən Müharibəsində Qələbə sevincini öz abunəçiləri ilə paylaşaraq, bütün istifadəçilərinə 1GB həcmində internet paketini hədiyyə etdi

“Azercell Telekom” Vətən Müharibəsində Qələbə sevincini öz abunəçiləri ilə paylaşaraq, bütün istifadəçilərinə 1GB həcmində internet paketini hədiyyə etdi
11.12.2020 11:14
Dünən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı tarixi Qələbə münasibətilə təntənəli hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və tarixi ədalətin bərqərar olması səbəbilə yaşanılan ümumxalq sevinc hissi dərin vətənpərvərlik duyğularının təzahürüdür.
 
Bu sevinci abunəçiləri ilə bölüşən "Azercell Telekom” onları töhfəsiz qoymadı. Belə ki, "Qelebe” sözünü 2525-ə yazıb göndərən istifadəçilər Azercell-in 4G şəbəkəsi daxilində 1GB həcmli hədiyyə internet paketini əldə etdilər. Həmçinin, abunəçilərə təntənəli hərbi paradı mobil cihazlarında izləmək üçün teleyayım imkanlarını rəqəmsallaşdıran, Azercell-in təqdim etdiyi "NNTV" mobil TV xidməti vasitəsilə izləmə fürsəti verildi.

Qeyd edək ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşa şəhərində 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Ölkənin lider mobil operatorunun radiobaza stansiyaları, demək olar ki, ordu birləşmələrimizlə birgə bütün cəbhə boyu irəliləyərək ən ucqar və əlçatmaz nöqtələrdə rabitə əlaqəsini həyata keçirməyə yardımçı olmuşdur.

Bundan əlavə, Azercell şirkəti ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb; "Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini mümkün edib; cəbhə bölgələrinə ezam olunmuş informasiya müharibəsində savaşan bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb; Gəncə, Bərdə şəhərlərində raket hücumu nəticəsində baş vermiş hadisələrdə abunəçilərinə rabitə dəstəyi göstərib; Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb;
 "Azercell könüllüləri”nin xeyirxah təşəbbüslərinin davamı olaraq döyüşlərdə düşmənə layiqli cavab verən hərbçilərimizə əsgər payı göndərib və bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi qulluqçu ailələrinə dəstək kampaniyalarını davam etdirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol