• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlar üçün qaynar xətt yaradılacaq

Uşaqlar üçün qaynar xətt yaradılacaq
11.12.2020 13:55
Azərbaycanda uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması nəzərdə tutulur.

Anews.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.

Onun sözlərinə görə, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət uşaq müəssisələri məzunlarının cəmiyyətə inteqrasiyası ilə bağlı mövcud mexanizmin təkmilləşdirilməsi, o cümlədən monitorinq və qiymətləndirmənin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyası nəzərdə tutulur:

"Bununla yanaşı, uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması, uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin, eləcə də uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsi istiqamətində tədbirlərin artırılması, xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində tədbirlər daxildir".

F.Ədilov əlavə edib ki, erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, digər mühüm bir istiqamət həssas təbəqəyə aid edilən uşaqların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol