Yelo Bank-ın Audit departamentinə yeni direktor təyin olunub

Məlumat
olaraq bildiririk ki, Fətəliyev Əziz Yelo Bank-ın Audit departamentinin direktoru
təyin olunub.
2002-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirən
Əziz, karyerasına 2007-ci ildə AccessBank-da kassir kimi başlayıb. Burada baş
kassir vəzifəsinədək yüksəldikdən sonra 2014-cü ildən etibarən Daxili Audit
departamentində auditor kimi karyerasını davam etdirir və baş auditor vəzifəsinə
kimi yüksəlir. 2017-ci ildən karyerasını Bank Respublikada davam edən Əziz, ilk
öncə Daxili Audit Departamentində şöbə müdiri, son illərdə isə həmin
departamentin direktor müavini kimi çalışıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























