Müharibədən sonra azərbaycanlılardan ibarət ilk qrup Dağıstandan ölkəmizə qayıtdı

Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan vətəndaşlarının ilk qrupu Rusiyadan Azərbaycana qayıdıb.
Bu barədə "Sputnik” Dağıstanın Məhərrəmkənd rayonunun başçısı Fərid Əhmədovun açıqlamasına istinadla xəbər yayıb.
Əhmədov bildirib ki, hazırda 500-ə yaxın Azərbaycan vətəndaşı evlərinə qayıtmaq üçün Dağıstanda gözləyir:
"Müntəzəm buraxılışın nə vaxt başlayacağı hələ məlum deyil... Torpaq dəhlizinin təşkili dayandırılıb. Hələ bu prosesin yenidən başlama vaxtı barədə məlumatımız yoxdur”.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan vətəndaşları yerli büdcənin vəsaiti hesabına yerli hotellərdə yaşayırlar, onlara iş imkanları verilir: rayon rəhbərliyi mütəmadi olaraq tikinti və ya yük daşıma işləri üçün sifarişlər göndərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























