• $
  • €
  • ₽
  • ₺
  • £

Evdən çıxan üç COVİD-19 xəstəsi saxlanıldı

Evdən çıxan üç COVİD-19 xəstəsi saxlanıldı
12.12.2020 13:56
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, rayonun Böyük Əmili kənd sakini Y.Məhərrəmov virusun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana göndərilib.

Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayon sakini C.Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.

Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb.

Həmçinin, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Sərkar kənd sakini, Elnur Şıxaliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə getməsi müəyyən edilib. 

Polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol