Sərt karantin dövründə avtomobillərin hərəkəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.
Nazirlikdən Anews.az-a verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə "icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























