Bu yollarda postlar qurulacaq

"Tək Bakıda deyil, respublikamızın bütün ərazisində - 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq".
Anews.az xəbər verir ki, bunu "Real İntervyu"ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib.
E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb:
"Bakı-Yevlax- Şamaxı, Qazax-Gürcüstan-Bakı, Sumqayıt-Bakı-Abşeron, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən - mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























