Qarabağda 4800-dən çox partlayıcı zərərsizləşdirilib

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.
Gün ərzində 8 hektara yaxın ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina yoxlanılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb.
Kəşf edilmiş partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda gətirilərək burada məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları bütün lazımi təhlükəsizlik tədbirləri görülərək yerindəcə məhv edilir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























