• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir
14.12.2020 10:12
Dekabrın 14-19-da Azərbaycanda növbəti "InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, "Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.

Həftə çərçivəsində Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında "InnoWeek-İnnovasiyalar həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunur: "InnoWeek-İnnovasiyalar həftəsi 2020” haqqında "Ən yaxşı veriliş”, "Ən yaxşı televiziya süjeti” və "Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaq. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və video materiallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır.

Nominasiyalar üzrə qəbul olunmuş materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr 29 dekabr tarixində açıqlanacaq. Qaliblər Azercell tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol