Azərbaycanda gəlin gözəllik salonunda öldürüldü

Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb. Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, F. Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş. Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























