• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”

Erməni əsirliyindən qaytarılan Bayram Kərimovun atası: “Oğlumla danışmasam da...”
15.12.2020 10:57
"Oğlumla danışmasam da, onun Bakıda olduğu barədə məlumatım var”.


Bunu Oxu.Az-a açıqlamasında Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşən Bayram Kərimovun atası Yaşar Kərimov bildirib.


Onun sözlərinə görə, B.Kərimovun Bakıya gətirilməsi barədə onlara rəsmi qurumlardan kimsə məlumat verməyib:


"Əsirlərlə bağlı xəbəri gördükdən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladıq və bildirildi ki, oğlum artıq Bakıdadır. Hələ biz danışmamışıq. Oğlumla birlikdə əsir düşən Amin Musayev ailəsi ilə danışan zaman onlara deyib ki, Bayram mənimlə birlikdə Bakıdadır. Aminin ailəsi zəng etdi və məlumatı mənə çatdırdı”. 


Y.Kərimov qeyd edib ki, hazırda oğlu ilə bağlı xəbər gözləyir.


Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq, ermənilərə əsir düşüblər.


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov açıqlamasında bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq "hamının hamıya” prinsipi əsasında əsirlərin mübadiləsi həyata keçirilib.


Onun şəxsi nəzarəti altında Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsi ilə Bakıya 12 nəfər çatdırılıb və Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib. Azərbaycan tərəfindən Ermənistan tərəfinə 44 nəfər qaytarılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol