• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla bağlı qorxunc hava proqnozu

Azərbaycanla bağlı qorxunc hava proqnozu
13.06.2014 15:49

BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişinə əsasən, bu əsrin sonuna qədər Azərbaycanda orta illik temperaturun 3-6 dərəcə Selsi artması proqnozlaşdırılır. Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.

O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupunun (İDHEQ) məlumatına əsasən, son 50 ildə sənayeləşmənin artması və bununla əlaqədar təbii yanacağın yanması ilə bağlı atmosferdə istixana qazları adlanan maddələrin (CO2, CH4, N2O, və s.) həcmi kəskin surətdə yüksəlib. Bu cür istixana qazları isə temperatur artımına gətirib çıxarır.

S.Saruxanovanin sözlərinə görə, son onilliklərdə Cənubi Qafqazda da havanın temperaturunun artması müşahidə edilir. BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişində hər üç Qafqaz ölkəsi modelləşdirmənin nəticələri əsasında yağıntılarda və temperaturda dəyişikliklər üzrə proqnozlarını təqdim ediblər. Bütün proqnozlar onu göstərir ki, orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə yüksələcək. A2 emissiya ssenarisinə əsaslanan proqnozlara görə, Azərbaycanda orta illik temperatur bu əsrin sonuna qədər 3-6 dərəcə selsi, Gürcüstanın qərb və şərq hissəsində müvafiq olaraq 1,8-5,2 dərəcə və 3,5-4,9 dərəcə, Ermənistanda isə 4-5,1 dərəcə selsi artacaq.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən qiymətləndirib. Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan (Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə 1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Tədqiqat zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın temperatur 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla yanaşı, son dövrlərdə ölkə üzrə buludlu, küləkli günlərin sayı azalıb.

AzNews.az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol