• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı

Təhsil Nazirliyi əsgərin müraciətini müsbət cavablandırdı
15.12.2020 13:30
Təhsil Nazirliyi hazırda cəbhə bölgəsində xidmətini davam etdirən Rüfət Novruzovun müraciətini müsbət cavablandırıb.


Anews.az xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, ötən gün sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyi tərəfindən araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib:


"Məlumat üçün bildiririk ki, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətlə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib.


Rüfət Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib”.


C. Valehov həmçinin qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daimi diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır.


Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti yayılmışdı. O müraciətində bildirirdi ki, döyüşdə olmasına baxmayaraq, Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindəki iş yerindən 2 aylıq maaşı köçürülməyib.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol