Əlildən iş gizlədən cəzalandırlacaq - VİDEO

Şirkətlərində olan iş yerlərini əlil vətəndaşlardan gizlədən şirkət sahibləri cəzalandırılacaq. ANS TV-nin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Saday Abdullayev bildirib. Onun sözlərinə görə, 2013-cü ildə nazirliyə əhalinin işlə təmin olunması ilə əlaqədar 525 ərizə daxil olub. Onlardan 243 nəfəri birbaşa işlə təmin olunub. 105 nəfər isə ixtisas alınması üçün peşə yönümünə göndərilib."2014-cü ilin birinci rübündə 162 nəfərin müraciəti olub, onlardan da 63 nəfəri işlə təmin olunub. Bir qismi isə ixtisas artırmaya göndərilib". ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























