• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran Mənsimovdan açıqlama: “Şayiələrə fikir verməyin”

Tehran Mənsimovdan açıqlama: “Şayiələrə fikir verməyin”
16.12.2020 10:18
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun "Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi təyinatlı qüvvələrin polkovniki Tehran Mənsimovun da adı var.


Yeniavaz.com modern.az-a istinadla xəbər verir ki, Azərbaycan Ordusunun fədakar zabitlərindən olan polkovnik Tehran Mənsimovun atası, Qusar şəhər sakini Cavid Mənsimov oğlunun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı” ordeninə layiq görülməsini eşidəndə çox sevindiyini deyib: 


"30 ildir orduda qulluq edən oğlumun yüksək mükafata layiq görülməsini eşidəndə çox fərəhləndim. Cənab Ali Baş Komandanımız İlham Əliyevə çox təşəkkür edirəm.Vətən və Vətənin igid oğulları sağ olsun".


Hazırda Naxçıvanda -işinin başında olan polkovnik Tehran Mənsimov da yüksək təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib. Son günlər barəsində yayılan xəbərləri əsassız hesab edən Tehran Mənsimov "Şayiələrə fikir verməyin”, - deyərək Azərbaycan Ordusunda bundan sonra da şərəflə qulluq edəcəyini vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol