Azərbaycanlı hərbçilər mühasirəyə düşən ermənilərə səsləndi: "İki yolunuz var"

Hadrutda mühasirəyə düşən erməni əsgərlərdən birinin qardaşı hərbçilərin Azərbaycan Ordusu ilə üzləşəndə yaşadıqları hadisəni danışıb.
Yeniavaz.com xəbər verir ki, Hadrutdan qayıdan erməni hərbçilərdən birinin qardaşı "Sputnik Armenia”ya müsahibə verib. O, Hadrutun Çaylaqqala və Köhnə Tağlar kəndlərində qəfil Azərbaycan Ordusu tərəfindən mühasirəyə alındıqlarını bildirib:
"Təxminən 20 gün əvvəl bir qrup könüllü yığılıb Hadrutun Çaylaqqala və Köhnə Tağlar kəndləri yaxınlığındakı postlara yerləşdirildi. Daha sonra Azərbaycan silahlı qüvvələri hücum etdi, oradakı ermənilərdən bəziləri mühasirəyə alındı. Döyüşlərdə bir neçə nəfər yaralandı. Ətraf tamamilə duman idi. Duman çəkiləndə 600-ə yaxın Azərbaycan əsgərinin erməni mövqelərini mühasirəyə aldığı məlum olur. Onlardan biri bizimkilərə yaxınlaşdı və bizi öldürmək istəmədiklərini dedi. Bizə təklif etdi ki, iki seçiminiz var. Ya döyüş davam edəcək, ya da sülhməramlıların müşayəti ilə bizi buraxacaqlar”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























