• $
  • €
  • ₽
  • ₺
  • £

Öz nişanında iştirak edə bilməyən şəhid - FOTO

Öz nişanında iştirak edə bilməyən şəhid - FOTO
17.12.2020 14:34
"Qardaşım 1995-ci ildə İmişli rayonunda anadan olub. 2015-ci ildə gizir kurslarına gedib, kursu bitirdikdən sonra Qusar rayonunda BTR komandiri kimi hərbi fəaliyyətə başlayıb. 2016-cı il hərbi hissənin tərkibində BTR komandiri kimi döyüş bölgəsində xidmət edib. Döyüş bölgəsindən sonra öz hərbi hissəsinə qayıdaraq Hərbi Komissiyanın şeçimi ilə XTQ-də kurs keçib”.


Bunu Milli.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin giziri Nemət Cavadlının bacısı Fatimə xanım deyib:


"2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayandan döyüş bölgəsində olub. 35-36 gün müharibədə döyüş yolu keçib. Müharibə zamanı düşmənin beş tankını, iki hərbi maşınını, içində canlı qüvvəsi olmaq şərtilə, ayrı-ayrı yerlərdə yenə xeyli sayda canlı qüvvəsini məhv edib.


Döyüş yolu Kəlbəcərdən başlayıb, Cəbrayıl, Füzuli istiqamətində bütün ərazilərin işğaldan azad edilməsində iştirak edib. Axırıncı döyüşü Daşaltının alınması uğrunda olub. Şuşanın 3 kilometrliyində oktyabrın 31-i Daşaltı kəndində şəhid olub”.


Şəhid bacısı bildirib ki, Nemətə heç öz nişan mərasimində iştirak etmək nəsib olmayıb:


"Zəhməti ilə ev tikdirdi özünə, amma bir gecə evində yatmaq qismət olmadı. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək idi.


Nişanlı idi müharibədən sonra toy etməyi planlaşdırırdıq, amma qismət olmadı. Heç nişanında belə xidməti ilə əlaqədar iştirak edə bilmədi.


Şəhid olduqdan sonra "Qarabağ ordeni” və "Vətən uğrunda” medalları ilə təltif olunub.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol