• $
  • €
  • ₽
  • ₺
  • £

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi - Nazirlik

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi - Nazirlik
17.12.2020 15:48
Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində də dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.


Nazirlikdən Anews.az-a verilən məlumata görə, onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır. Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanıb, qalanları ilə qısa müddətdə müqavilələr bağlanacaq.


Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. "Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması, göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.


Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.


Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.


İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol