• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən şikayətin var? - ZƏNG ET

Yol Polisindən şikayətin var? - ZƏNG ET
13.06.2014 11:51
Vətəndaşlar "102" xidməti ilə yanaşı "902" telefon nömrəsinə də məlumat verə bilərlərBaş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) şikayətlərin qəbulunu həyata keçirən yeni 902 - "Qaynar xətt" xidmətinə edilmiş müraciət əsasında 9 fakt üzrə araşdırmaya başlanılıb. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.Onun sözlərinə görə, BDYPİ-də şikayətlərin qəbulunu həyata keçirən "Qaynar xətt" xidməti fəaliyyətə başladıqdan bəri vətəndaşlar tərəfindən 110 müraciət daxil olub.K.Əliyev bildirib ki, "Qaynar xətt"ə daxil olan müraciətlərdən bəziləri yol polislərindən şikayət xarakterli olub: "Şikayətlərdən bəziləri ilə bağlı vətəndaşa elə həmin dəqiqə izah verilir. Amma onların arasında araşdırılma tələb edən müraciətlər də var. Həmin müraciətlər artıq icraata yönəldilib ki, fakt üzrə araşdırma aparılsın. Səhər saat 9:00-dan axşam saat 21:00-dək "Qaynar xətt"ə edilmiş müraciətlərdən araşdırılmaya xüsusi zərurət yarandığından ilk gün 4, dünən isə 5 fakt üzrə məsələ icraata yönəldilib".Şöbə rəisi qeyd edib ki, müraciətlərin əksəriyyəti əsasən sorğu-məlumat xarakterli olub: "Vətəndaşlar əsasən qanunvericiliyə edilən dəyişikliklə bağlı suallar verirlər. Onların arasında texniki baxışdan keçmə, nəqliyyat vasitələrinin qeydiyyatı prosedurları, yazılmış prokotol barədə cərimənin ödənilmə qaydaları ilə bağlı suallar çoxluq təşkil edir. Bundan əlavə, baş verən yol qəzaları ilə, eləcə də haradasa yol nişanlarının sıradan çıxması, işıqforun işləməməsi ilə bağlı məlumat verilir".Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində şikayətlərin qəbulunu həyata keçirən yeni "Qaynar xətt" xidməti yaradılıb. Bununla əlaqədar vətəndaşlar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə "102" xidməti ilə yanaşı "902" telefon nömrəsinə də məlumat verə bilərlər.DİN bildirir ki, hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşılan və ya şahidi olunan neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol