• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidin atası koronavirusa yoluxdu, vəziyyəti ağırdır

Şəhidin atası koronavirusa yoluxdu, vəziyyəti ağırdır
18.12.2020 10:56
Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş Fərid Hacıyevin atası Təşkilat Hacıyev koronavirusa yoluxub.

Bu barədə şəhidin anası Zəminə Quliyeva məlumat verib. O qeyd edib ki, həyat yoldaşı hazırda Zığda yerləşən modul tipli xəstəxanada müalicə alır: "Onun vəziyyəti orta ağır qiymətləndirilir, süni nəfəs aparatına qoşulub. Biz onun tezliklə sağalmasını istəyirik. Həyat yoldaşım oğlumuzun şəhid olmasını xəbərini eşitdikdən sonra infarkt keçirdi. Xəstəxanada müalicə alan zaman da koronavirusa yoluxdu. 


"Noyabrın 21-də xəstəxanaya yerləşdirdik, noyabrın 27-də isə ürək əməliyyatı olundu. Bir həftə xəstəxanada qalandan sonra evə buraxdılar. İki gün evdə qaldı, vəziyyəti pisləşdi, yenidən xəstəxanaya qaytardıq. Dedilər ağ ciyərlərinə su yığılıb. Aparıb analiz elədik, məlum oldu ki, elə əməliyyat olunan ərəfədə koronavirusa yoluxub və müalicəsi gecikdiyinə görə vəziyyəti ağırlaşıb. Hazırda Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirmişik, 8 gündür ki, orada müalicə alır. Oğlum şəhid olmazdan qabaq 3 azyaşlı övladını atasına əmanət edib. Biz onun tezliklə sağalıb ayağa durması üçün kömək istəyirik. Ötən gün Heydər Əliyev Fondunun nümayəndəsi bizimlə əlaqə saxladı, kömək edəcəyini bildirdi". 


Z. Quliyeva həmçinin bildirib ki, onun digər oğlu Samid Hacıyev də hazırda cəbhədədir, xidmətini davam etdirir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol