İmtahan verən müəllimlərin diqqətinə

Modern.az-ın məlumatına görə, son 3 gündə müəllimlərin sınaq qiymətləndirməsində 22 minə qədər təhsil işçisi iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, son qiymətləndirmə bu gün keçiriləcək.
Hazırda cavab kartlarının emalı prosesi gedir. Bütün cavab kartları emal olunduqdan sonra nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yerləşdiriləcək.
Qeyd edək ki, Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 – 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulmuşdu.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























