• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidlərin xatirəsinə qoyulan lövhələrin sökülməsi ilə bağlı AÇIQLAMA

Şəhidlərin xatirəsinə qoyulan lövhələrin sökülməsi ilə bağlı AÇIQLAMA
18.12.2020 15:05
ötən gün Binəqədi rayonu Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərin fotoşəkillərindən ibarət lövhələr qoyulmuşdu. Həm Vətən müharibəsi, həm də Birinci Qarabağ müharibəsi şəhidlərini əhatə edən bu təşəbbüs təkcə mediada deyil, sosial şəbəkələrdə də böyük rəğbət qazanmışdı. Lakin bu gün məlum olub ki, həmin lövhələr Mehdiabad yolundan yığışdırılıb. Hazırda həmin ərazidə lövhələrin bərkidildiyi dirəklərin boş yeri və yerə səpələnmiş qərənfillər qalıb. 


Anews.az xəbər verir ki, "Qafqazinfo” lövhələri kimin və niyə yığışdırması ilə bağlı məsələni dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva bildirib ki, həmin lövhələr icra hakimiyyəti tərəfindən sökülməyib: "Lövhələri asan şəxs özü onları ərazidən yığışdırıb. Görüb ki, lövhələr hamının xoşuna gəlib. Ona görə də, bunları müvəqqəti olaraq götürüb ki, daha möhtəşəm bir iş görsün. Əvəzində  bütün Binəqədi rayonu şəhidlərini əhatə edəcək başqa bir lövhə qoyulacaq”.


Xatırladaq ki, Mehdiabad qəsəbəsinə gedən yolda şəhidlərimizlə bağlı lövhələr həmin ərazidə yaşayan şəxslərin təşəbbüsü ilə vurulmuşdu. Orada şəhidlər haqda məlumatla yanaşı şəhidliklə bağlı ibrətamiz fikirlər də əks olunmuşdu.  Lövhələrdə təkcə Vətən müharibəsi qəhrəmanları deyil, həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımız, o cümlədən, Milli Qəhrəmanlar - Əliyar Əliyev, Allahverdi Bağırov, Polad Həşimov, Mübariz İbrahimov və digərləri yer almışdı. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol