• $
  • €
  • ₽
  • ₺
  • £

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi - FOTO

“YAŞAT” Fondu adından istifadə edərək yardımları ələ keçirmək istədi - FOTO
18.12.2020 16:01
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan "YAŞAT” Fondunun adından sui-istifadə edərək pul toplamaq məqsədi ilə sosial şəbəkələrdə vətəndaşlara çağırışlar edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumatda bildirilir ki, nazirliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən hüquqazidd əməlləri törədən Füzuli rayonunda qeydiyyatda olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Xəlil Quliyev tutulub. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu şəxs əvvəlcə "instagram” sosial şəbəkəsində "YAŞAT” Fondunun rəsmi hesabına oxşar özünə məxsus səhifə yaradıb. Fondun rəsmi səhifəsi ilə saxlanılan şəxsin yaratdığı saxta profil yalnız bir hərflə fərqlənir. Məqsədli şəkildə oxşar adla yaradılan səhifədə X.Quliyevin əsas niyyəti yardım etmək istəyən insanlarda çaşqınlıq yaratmaq və bu yolla pul vəsaitləri əldə etmək olub. Saxlanılan şəxs həmin səhifədə şəxsi kart hesablarını yerləşdirib şəhid və yaralı əsgərlər, eləcə də köməyə ehtiyacı olan şəxslər barədə paylaşımlar edərək guya onlar üçün yardım toplayıb. X.Quliyevin əməlinə hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir.


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə ayıq-sayıq davransınlar və insanları aldadaraq mənfəət əldə etməyə çalışan səhifələrdən uzaq olsunlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol