Samux sakinindən 4 kq narkotik götürülüb

Samux sakinində narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























