• $
  • €
  • ₽
  • ₺
  • £

Pulsuz verilməli olan dərman paketi bu qiymətə satılır - FOTOLAR

Pulsuz verilməli olan dərman paketi bu qiymətə satılır - FOTOLAR
19.12.2020 15:20
Koronaviruslu xəstələrə pulsuz verilməli olan dərman paketinin apteklərdə satışa çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. 

Anews.az xəbər verir ki, bu barədə tanınmış həkim Qalib Əsədov öz feysbuk səhifəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, həmin paketlər apteklərdə 53 manata satılır. İçərisində TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin loqosu olan içlik vərəqində paketə vitamin C, D, maqnezium, sink, L-selenometionim və hərarətsalıcı parasetamol həbinin daxil olduğu qeyd olunub.

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilə əlaqə saxladıq. Şöbənin əməkdaşı Elnarə Baxış bildirdi ki, həmin paketlər TƏBİB-ə məxsus deyil. Üzərində "COVİD-19” yazılan dərman paketləri kimlərinsə şəxsi təşəbbüsü ilə hazırlanıb, satışa buraxılıb və üzərində rəsmi qurumların adı qeyd olunmayıb:

"TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə məxsus olan paketlər regionlarda xəstələrə pulsuz paylanılır. Bu paketlər isə TƏBİB-ə aid deyil, onların üzərində TƏBİB-ə aid heç bir loqo yoxdur. TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərin hər iki tərəfinin üzərində TƏBİB-in loqosu var. Amma sosial şəbəkələrdə paylaşılan dərman paketlərinin üzəri hansısa aptek tərəfindən dizayn olunub”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol