Azərbaycan palçığının möcüzəsi fransızları təəccübləndirdi

Fransanın internet portalında “Euronews”un fransız dilindəki variantına istinadla Azərbaycanda insanlara şəfa verən Naftalan nefti və Abşerondakı palçıq vulkanlarından bəhs edən məqalə yerləşdirilib.Azərbaycanın yeraltı sərvətlərlə zənginliyindən söhbət açılan məqalədə onların sırasında neftdən yalnız yanacaq kimi deyil, eyni zamanda, insanların sağlamlığı məqsədilə istifadə edildiyi, Naftalan neftinin, Qobustan rayonu ərazisindəki palçıq vulkanlarının möcüzəli xüsusiyyətləri diqqətə çatdırılıb.Məqalədə qədim İpək Yolu üzərində yerləşən bu sağlamlıq ocağı ilə bağlı rəvayət xatırlanıb, Naftalan neftinin yanmamaq kimi nadir xüsusiyyətindən bəhs olunub, bir çox xəstəliklərin müalicəsi məqsədilə neft vannalarından istifadə edildiyi diqqətə çatdırılıb. Həmçinin tərkibində parafin olmayan və benzin funksiyasını yerinə yetirməyən Naftalan neftinin qan dövranının yaxşılaşdırılmasında, dəri, yel və digər xəstəliklərin müalicəsində əvəzsiz rolu vurğulanıb, dünyanın müxtəlif guşələrindən, xüsusilə Rusiya və Ukraynadan ağır xəstələrin burada şəfa tapmaları bildirilib.Neftlə müalicə aparan ilk klinikanın 1929-cu ildə açıldığı, sovet hakimiyyəti illərində çox populyar olduğu da diqqətə çatdırılıb.Yazıda Azərbaycanda insanların sağlamlığı üçün palçıq vulkanlarından da geniş istifadə edildiyi bildirilib. Dünyada bu tip vulkanların ölkəmizdə daha çox olduğu, müxtəlif adda 300 formada belə vulkanın mövcudluğu, onların arasında ən əsas və mühüm müalicəvi əhəmiyyətə malik Qobustan ərazisindəki Daşgil vulkanının adı vurğulanıb.Məqalədə palçıq vulkanının müalicə əhəmiyyətli müxtəlif elementlərlə zənginliyi, ondan tibb sahəsində, kosmetik məqsədlərlə geniş istifadə olunduğu, xəstələrin ilboyu palçıq vannası qəbul etmək imkanları diqqətə çatdırılıb.Məqalədə “Gazelli” firması tərəfindən palçıqdan hazırlanan kosmetik məhsulların geniş yayıldığı və ondan daha çox dərinin cavan qalmasında istifadə olunduğu, palçıq vulkanlarını təkcə xəstələrin deyil, Azərbaycana gələn turistlərin də ziyarət etdikləri bildirilib, mütəxəssislərin palçıq vulkanlarının xüsusiyyəti barədə fikirlərinə yer verilib.Məqalənin tam mətnini burda oxumaq mümkündür:Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























