• $
  • €
  • ₽
  • ₺
  • £

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız - FOTO

Komandirini xilas etmək istərkən şəhid olan “Vətən uğrunda” medallı qəhrəmanımız - FOTO
20.12.2020 11:37
44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan əsgərlərimizdən biri də Abdullayev Nihat Adil oğludur.

Nihat Abdullayev 13 aprel 2002-ci ildə Ağstafa rayonunda anadan olub. 2008-ci ildə rayonun 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olub. 2019-ci ildə 11-ci sinifi bitirən Nihat hərbi xidmətə yararsız olduğu üçün onu əsgərliyə aparmayıblar.

Buna baxmayaraq, o, 2020-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. Hərbi xidmətdə 6 ayı tamam olan Nihat müzəffər Azərbaycan Ordusunun tərkibində döyüşlərə qatılıb.

O, cəbhədə gedən qızğın döyüşlərdə qəhrəmancasına iştirak edib. Nihat noyabrın 8-də Xocavənd istiqamətində gedən döyüşlərdə yaralansa da, yenidən döyüşə qayıdıb və üç nəfər silah yoldaşına köməklik edib, komandirini xilas etməyə gedərkən minaya düşərək şəhid olub.

Qeyd edək ki, Nihat Abdullayevin əmisi də Birinci Qarabağ müharibəsində şəhid olub.

Nihat Abdullayev Noyabrın 11-də Ağstafa rayonunda dəfn olunub.
O, müharibədə göstəridiyi qəhrəmanlıqlara görə Preziden İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol