Bəzi ölkələr Böyük Britaniya ilə əlaqələri kəsir

Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlanmasından sonra Avropa İttifaqına üzv olan azı 14 ölkə Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar verib.
Bu barədə "Ria Novosti” agentliyi məlumat yayıb.
Artıq Niderland və Belçika Böyük Britaniya ilə dəmir yolu əlaqəsini kəsib.
İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya və Finlandiya isə İngiltərə ilə hava əlaqələrini dayandırıb.
Xatırladaq ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış forması aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























