Karantini pozan çayxana sahibi və müştərilər saxlanılıb

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olarkən rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkar ediblər.
Qanunvericiliyə uyğun olaraq obyektin sahibi Ş.Hüseyinov və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























