• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı “YAŞAT” Fonduna 1 milyon manat köçürdü

Azərbaycan Beynəlxalq Bankı “YAŞAT” Fonduna  1 milyon manat köçürdü
21.12.2020 14:26
Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq "YAŞAT” Yaralıların və Şəhid Ailələrinin Təminatına Dəstək Fonduna 1 milyon manat məbləğində ianə edib.

Digər hüquqi və fiziki şəxslər də "YAŞAT” Fonduna ianələrini Azərbaycan Beynəlxalq Bankının IBA Mobile tətbiqi ilə, Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada, yaxud filial və şöbələrdə bu rekvizitlərlə köçürə bilərlər.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Vətən müharibəsində qazandığımız Zəfərə görə şəhidlərimizin, ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanmış döyüşçülərimizin qarşısında əbədi minnətdarlıq borcumuz var. İndi isə bu Zəfəri bizə qazandırmış insanlara - şəhidlərimizin ailələrinə, yaralılara sosial qayğı məsələlərində də milli həmrəylik zamanıdır. "YAŞAT” Fonduna ianələr dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlərə ictimaiyyətin, o cümlədən biznesin əlavə dəstəyidir. Azərbaycan Beynəlxalq Bankı olaraq biz də bu prosesdən kənarda qalmadıq”.

Xatırladaq ki, "YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr tarixli Fərmanı ilə təşkil edilib. Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də "YAŞAT” Fondunun məqsədlərinə daxildir.

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol