“Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb - FOTOLAR

"Aqrar Tədarük və Təchizat” ASC tərəfindən
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil
olunan "Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb. Bakı və Abşeronda 3
ünvanda fəaliyyət göstərəcək yarmarkaya əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən
artıq fermer öz məhsullarını çıxarıb.
Yarmarkanın fəaliyyətə başlamasına həsr
olunan mərasimdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin Azərbaycanda
fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA-nın Azərbaycan Ofisinin rəhbəri
Teoman Tiryaki, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev
iştirak ediblər. İştirakçıları yarmarkada yaradılan şəraitlə tanış olub, məhsul
gətirən fermerlərlə söhbər ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov
jurnalistlərə açıqlamasında bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd
ərəfəsində bazarda məhsul bolluğu yaratmaq, eyni zamanda fermerlər üçün
alternativ satış kanalı formalaşdırmaqdır: "Yarmarkaya məhsul çıxaran fermerlərə
məhsulların daşınması prosesində logistik dəstək göstərilib. Yarmarkada iştirak
ödənişsizdir, fermerlər həmçinin heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər
avadanlıqlarla təchiz olunublar. Bildiyiniz kimi, yarmarkanın təşkili ölkədə
pandemiyaya qarşı mübarizə tədbirlərinin sərtləşdirildiyi bir dövrə təsadüf
edir. Bu səbəbdən təşkilatçılar tərəfindən karantin rejiminin tələblərinə ciddi
riayət olunur. Təşkilatçılar tərəfindən ərazidə mütəmadi dezinfeksiya tədbirləri
aparılır, könüllülərimiz yarmarka iştirakçılarının hərarətlərini ölçür, onları
zəruri tibbi maska və dezinfeksiyaedici maddələrlə təmin edirlər. Ümidvarıq ki,
paytaxt sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
təşkil olunan yarmarkaların fəaliyyətindən razı qalacaqlar”.
Qeyd edək ki, Nərimanov rayonu ərazisində
təşkil olunmuş yarmarka ərazisində "Aqrar Tədarük və Təchizat” ASC və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
(TİKA) tərəfindən yenidənqurma işləri
aparılıb, müasir tələblərə cavab verən infrastruktur yaradılıb.
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























