TƏBİB-dən dərman paketlərinin apteklərdə satılması barədə - AÇIQLAMA

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) koronavirus xəstələri üçün nəzərdə tutulmuş, TƏBİB-ə məxsus olduğu iddia edilən dərman paketlərinin apteklərdə satılması barədə yayılan fotolarla bağlı açıqlama verib.
TƏBİB-dən verilən məlumatda bildirilir ki, TƏBİB-ə məxsus olduğu iddia edilən, koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılır.
"Bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verildi. İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil. İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri "Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb. Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə "Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























