• $
  • €
  • ₽
  • ₺
  • £

"Bahar Əməliyyat Şirkəti" 3 aydır işçilərinin maaşını ödəmir - ŞİKAYƏT

"Bahar Əməliyyat Şirkəti" 3 aydır işçilərinin maaşını ödəmir - ŞİKAYƏT
21.12.2020 16:02
"Bahar Enerji” Əməliyyat Şirkətinin işçiləri bu gün 3 aydır maaşlarını almadığları üçün etiraz ediblər. 

Anews.az-a danışan şikayətçilər bildirib ki, mart ayından başlıyaraq maaşlarından hər dəfə 20 faiz tutulmağa başlayıb. Son 3 ayda isə maaşları verilmir. 
" Biz əslində kimə şikayət edəcəyimizi bilmirik. Şirkətimizin 700-ə yaxın işçisi var. Artıq 3 aydır ki, maaş almırıq. 8gün dənizdə, 8 gün evdə oluruq. Sadəcə boş- boşuna işləyirik. Evimizə aparmağa çörək pulumuz yoxdur. Rəhbərliyə narazılığımızı da bildirimişik. Bizə cavab olaraq bildiriblər ki, bu işə Nazirlər Kabineti nəzarət edir. Yəni qazın satışına onlar baxır. Bizə bildirirlər ki, Nazirlər Kabinetinin Bahar Əməliyyat Şirkətinə 12 milyon borcu var və həmin pulu balansımıza köçürtməyə icazə vermirlər”. Necə olur şirkətin rəhbəri Bahar ƏŞ prezidenti CON Harkinsin Amerikada oturmaqla hər ay 35 min dollar maaşını ala bilir, amma biz bütün gün əziyyət çəkməklə halal maaşımızı ala bilmirik  -deyə şikayətçilər bildirib. 

Şikayətçilərin problemi  ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirdi ki, bu haqda məlumatı yoxdur. Bu məsələni araşdırılandan sonra ətraflı məlumat veriləcək. 

"SOCAR”-ın mətbuat katibi İbrahim Əhmədov isə açıqlamasında problemdən xəbərdar olduqlarını və bu istimaqətdə ciddi işlər apardığını bildirdi. 

""Bahar Əməliyyat Şirkəti” nin problemi ilə bağlı müraciət edən tərəflərə artıq məlumat verilib. Təəssüflə qeyd edirəm ki, bu problem artıq uzun zamandır davam edir. Problemin aradan qalxması üçün bütün mümkün işlər görülür. "Bahar Əməliyyat Şirkəti”nin maliyyə problemləri var. Bu pandemiya ilə əlaqədar olaraq dünyada baş verən böhranla da əlaqədadır. Amma əsas məsələ bu problemin hansısa bir şəkildə həll olmasıdır. Qeyd edim ki, məsələ "SOCAR” –ın diqqətindir və mümkün qədər "Bahar Əməliyyat Şirkəti” maaşla bağlı bütün öhdəlikləri yerinə yetirməlidir” – deyə İbrahim Əhmədov vurğulayıb. 

Qeyd edək ki, "Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ və "Bahar Enerji Limited” arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Bahar Energy Ltd şirkəti çıxış edir.Bahar Energy Ltd şirkətinin təsisçisi və əsas payçısı (80%) Greenfields Petroleum və iştirak payı 20%-olan SOCAR –dır.

Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol