• $
  • €
  • ₽
  • ₺
  • £

Leysan Azərbaycanda 45 kəndi işıqsız qoydu

Leysan Azərbaycanda 45 kəndi işıqsız qoydu
13.06.2014 09:34
Bir neçə gündür respublikanın qərb bölgəsində hava şəraitinin yağmurlu keçməsi Goranboy rayonunda da bir sıra fəsadlara yol açıb.APA-nın məlumatına görə ötən gecə rayon ərazisinə yağan leysan kəndlərdə təsərrüfatlara xeyli ziyan vurmaqla yanaşı, elektrik və qaz xətlərini də sıradan çıxarıb. Gecə saatlarından başlayan aramsız yağan yağış Goranboyun 45 kəndində fəsadlar yaradıb. Kəndlərə gecədən etibarən elektrik enerjisinin və qazın  verilişi tamamilə dayandırılıb. Leysan xarakterli yağış nəticəsində  yolları, evləri su basıb, çaylarda daşqın qeydə alınıb. Həmçinin yağışın  yağması əkin sahələri ilə yanaşı taxıl zəmilərinə də zərər vurub. Güclü sel nəticəsində rayonun Kürək-Çay qəsəbəsinin sakinlərinə də xeyli ziyan dəyib. Qəsəbə sakinlərinin  həyətyanı sahəsində olan ev quşları tələf olub . Sakinlərin sözlərinə görə,  son 30 ildə belə hadisə olmayıb. Qasırğadan ən çox rayonun  enerji təsərrüfatı, qaz təchizatı  ziyan çəkib. Belə ki, elektrik, rabitə dirəkləri, qaz boruları  aşaraq, yararsız vəziyyətə düşüb. Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev bildirib ki, qasırğa və leysanın yaratdığı  fəsadların aradan qaldırılması işlərinə  başlanıb. Hazırda rayonun  ağır texnikaları kəndlərdə işləyir. Fövqəladə Hallar Komissiyasının üzvləri hal-hazırda kəndlərdə  baxış keçirir və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol