Tovuzunda fermerlər üçün səyyar aqrar xidmət təşkil olundu - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidməti davam etdirir. Növbəti aqrar səyyar xidmət Tovuz rayonunun Aşağı Quşçu, Dondar Quşçu, Dönük Qırıqlı, Alakol, İbrahimhacılı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərində təşkil olunub.
Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.
Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir. Səyyar xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























