Ermənistan qarışdı- Vətəndaşlar itaətsizlik aksiyası keçirir

Ermənistanda "Vətənin qurtuluşu” hərəkatı ümum-Ermənistan itaətsizlik aksiyalarına başlayıb.
Anews.az "news.am”a istinadən xəbər verir ki, paytaxt Yerevanın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışır.
Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilib.
Vətən Partiyasının üzvü Arsen Babayanın sözlərinə görə, sadəcə hökumət binası çevrəsində 600-dək polis var.
Erməni vəkillər ölkənin parlamentinə, daha sonra prokurorluq istiqamətində yürüş ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istintaqa cəlb edilməsi və həbs olunmasını tələb edirlər. Onlar tələblərinin yerinə yetirilmədiyi təqdirdə oturaq aksiyaya başlayacaqlarını açıqlayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























