Britaniyada COVID-19-dan sağalanlar üçün yeni tətbiq hazırlanır

Böyük Britaniyada koronavirusdən sağalan vətəndaşlar üçün "azadlıq pasportları” hazırlayırlar.
Bu cür sənədlər ölkədə kafe-barlara, işə və məktəbə getməyə imkan verəcək.
Sistem insanların smartfonlarına şəxsi məlumatlarını özündə əks etdirən QR kodu göndərəcək.
Bu tətbiq, koronavirus test nəticələrini aldıqdan sonra test mərkəzində qeyd olunacaq. İnsanlar hər hansı bir tədbirə qatılmaq istədikdə QR kodlarını sağlam olduqlarına dair sübut kimi təqdim edə bilərlər.
Ölkənin Səhiyyə Nazirliyi belə bir pasportun tətbiqi ilə bağlı hələ bir qərar verilmədiyini deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























