İki şöbənin adı dəyişdirildi

AMEA İnsan Hüquqları İnstitutunun Din və ictimai təhlükəsizlik şöbəsinin fəaliyyət istiqaməti dəyişdirildiyi üçün bundan sonra həmin şöbə Siyasi analitika adlandırılacaq.
ANN.Az-ın xəbərinə görə, eyni zamanda dünyanın siyasi və iqtisadi arenasında arası kəsilməyən kütləvi qırğınlar, ədalətsizliklər, lokal müharibələr törədə biləcək münaqişələrin (konfliktlər) və s. bu kimi məsələlərin öyrənilməsi və araşdırılması məqsədi ilə institutun Bioetika və tibbi hüquq şöbəsinin fəaliyyət istiqaməti də dəyişib. Şöbə bundan sonra Konfliktologiya adlandırılacaq.
Hər iki məsələ ilə bağlı qərar AMEA Rəyasət Heyətinin dünənki iclasında qəbul olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























