• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçi - FOTO

Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçi - FOTO
22.12.2020 16:47
O, sentyabrın 27-dən başlayaraq müharibənin ilk günündən Murovda topda hesablayıcı kimi xidmət edib. Döyüşlərin şiddətli vaxtında şəhid olacağı təqdirdə cibində gəzdirdiyi bayrağı böyük oğlu Mətinə, saatını isə kiçik oğlu Məftuna çatdırmağı döyüş yoldaşlarından xahiş edib. Vətən müharibəsində şiddətli döyüşlər zamanı yaralanan hərbçi yoldaşını xilas edərək onun yarasına ilkin tibbi yardım göstərənlərdən olub.


Anews.az "report”a istinadla xəbər verir ki, söhbət rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu Qasımov Afiq Vaqif oğlundan gedir.


A.Qasımov 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. O, 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmət keçib.


Hələ uşaqlıqdan hərbiçi olmaq arzusunda olan Afiqin bu istəyi sonradan reallaşıb və Vətənin işğal altındakı torpaqlarının azadlığı uğrunda döyüşənlərdən biri kimi adını tarixin şanlı səhifəsinə həkk edib.


A.Qasımov xidmətini 2014-cü ildən manqa komandiri kimi davam etdirməyə başlayıb və 2015-ci ildə kiçik çavuş, növbəti ildə isə çavuş rütbəsini alıb.


O, aprel döyüşləri vaxtı qəhrəmancasına xidmət edənlərdən olub. 28 fevral 2020-ci ildən Divizion İdarəetmə tağımının hesablayıcı manqa komandiri/baş operator vəzifəsini icra edir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində də topda əsas hesablayıcılardan biri olub. Şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbiçilərimizdəndir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol