Bu reklam çarxı sosial şəbəkələri çalxaladı - VİDEO

Bu günlərdə sosial şəbəkələrdə, xüsusən də "Facebook" və "Twitter"-də “Avtoxuliqanlıq və Sığorta” mövzusunda video çarx yayılıb.Qaynar.info xəbər verir ki, videoçarxda xanım sürücünün idarə etdiyi avtomobillə toqquşaraq qəza törədmiş avtoxuliqanın mübahisəsi və onun sığorta şirkətlərindən birinin agentləri tərəfindən döyülməsi görüntülənir. Əldə etdiyimiz məlumata görə, Azsığorta şirkətinin video çarxında çəkilmiş insanlar aktyorlardı. Çəkiliş zamanı isə heç kim xəsarət almayıb və heç kim döyülməyib.Video çarxın müəllifləri Azərbaycan cəmiyyətində son dövrlər çox müzakirə olunan bir mövzuya, yəni avtoxuliqanların yollarda törətdikləri avtoqəzalar mövzusuna toxunublar. Bu videoçarxın maarifləndirici əhəmiyyətini qeyd edən mütəxəssislərin sözlərinə görə, bütövlükdə demək olar ki, video çarx reklam xarakterlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























