Onlayn mağazanızı yaradaraq satışlarınızı artırın!

Pandemiya dövründə bütün iqtisadi əlaqələrin,
o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə "Azercell Biznes”
sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır. Belə ki, təqdim
olunan yeni "Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun
onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır. Təkmilləşdirilmiş
bu xidmət COVİD-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti
və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və
yardımçı satış strategiyasıdır. "Biznesim Veb” xidmətinə qoşulmaqla sizin
mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal
həllər vasitəsilə fəaliyyət göstərəcək.
"Biznesim Veb” xidmətinin əsas
üstünlüklərindən biri də "Azercell Biznes”-in müştərilərinin öz şirkətləri və
müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan
elektron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf
etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın inkşafına yönələn
bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qeydiyyatı, hostinq, Google
xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər
üstünlüklərdən də faydalana bilər.
Yaradılacaq veb səhifədə istifadəçi
qeydiyyatının aparılmasını mümkün edən "Users” xidməti, hər bir istifadəçiyə
özünün şəxsi bloqunu yaratmağa imkan verən "Blog” xidməti də əlavə olunnmuşdur.
Bunlarla yanaşı, "Biznesim Veb” xidmətinə
həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılması
funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr
ilk sıralarda görünür ki, bu da saytın tanınması üçün çox önəmlidir.
Qeyd edək ki, xidmət çərçivəsində
yaradılan saytın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir.
Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim
olunması saytın daha sürətli və asanlıqla idarəetməsini həyata keçirməyə imkan
verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə
saxlayın və ya [email protected] ünvanına müraciət edin.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























