Məcburi köçkünlərə ayda bu qədər ödəniləcək

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 364,4 milyon manat vəsait nəzərdə tutulub.
Anews.az xəbər verir ki, 2021-ci il dövlət büdcəsi xərclərində nəzərdə tutulan qaydada məcburi köçkünlərə və onlara bərabər tutulan 500 min nəfərə yaxın şəxsə ayda 60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 340 milyon manat vəsait proqnozlaşdırılıb.
Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 2021-ci ilin dövlət büdcəsində 15,5 milyon manat vəsait nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























